İlham Əliyev Zelenskini COP29-a dəvət edib

İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiha ilə görüşüb: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...