Keçmiş milli təhlükəsizlik naziri vəfat edib

Sabiq nazirin uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi

Martın 27-də Azərbaycanın sabiq milli təhlükəsizlik naziri və Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov vəfat edib.

Sabiq nazirin uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
Keçmiş milli təhlükəsizlik naziri vəfat edib

1940-cı ildə Ordubad şəhərində anadan olan Namiq Abbasov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Namiq Abbasov 1962–1976-cı illərdə “Abşeron” qəzetində redaktor, sonrakı illərdə Abşeron Rayon Partiya Komitəsinin II katibi vəzifəsində işləyib.

O, 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb və 2 il sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib.

Namiq Abbasov 1992-ci ilədək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə işləyib.

N.Abbasov 1992–1994-cü illərdə milli təhlükəsizlik nazirinin müavini və birinci müavini, 1995-2004-cü illərdə nazir vəzifəsində olub.

Namiq Abbasov 2004–2012-ci illərdə Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsində çalışıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...