Sabiq qırğız məmur Bakıda həbs edildi

Sabiq qırğız məmur Bakıda həbs edildi
Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Qaynarinfo "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham edilir. O, qardaşları - Tilek, Ruslan və İslambek ilə birlikdə Bakıda saxlanılıb və Qırğızıstana təhvil verilib.

Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Rayımbek Matraimov öldürülmüş kriminal avtoritet Kamçı Kolbayevlə sıx əlaqədə olub.

"O, Gömrük Xidmətinin əməkdaşları və dövlət məmurları arasından cinayətkar qrup yaradıb. Xüsusilə, Rayımbek Matraimov Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin "Qanunsuz azadlıqdan məhrum etmə" və "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)" maddələri ilə təqsirləndirilir", deyə Komitədən bildirilib.

Bundan əvvəl dövlət komitəsinin mətbuat xidməti Rayımbek Matraimovun ümumi dəyəri 34 milyon 810 min 500 dollar olan daşınmaz əmlakının müsadirə olunduğunu açıqlamışdı. Lakin Dövlət Gömrük Xidmətinin sabiq rəis müavininin harada olduğu məlum deyildi və o, axtarışa verilmişdi. Daha sonra Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi onun Bakıda olmasını və Qırğızıstanda saxlanılan, Qırğızıstan Respublikasının rəhbərliyinə sui-qəsd hazırlayan Azərbaycandan olan transmilli cinayətkar qrupun üzvləri ilə əlaqəsini müəyyən edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...