Məktəbli qıza zoraklıq faktına görə cinayət işi açıldı

Məktəbli qıza zoraklıq faktına görə cinayət işi açıldı
Bakıda yeniyetmə qıza qarşı məktəbli tərəfindən zorakılıq edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev açıqlama verib.

Qeyd edilib ki, hazırda istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...