Kür çayında suyun səviyyəsi sürətlə azalır - FOTO

Kür çayında suyun səviyyəsi sürətlə azalır -

Kür çayında suyun səviyyəsi azalmaqda davam edir.

“Report”un Aran bürosu xəbər verir ki, Kürün aşağı axınında, Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha ağırdır.

Belə ki, hər gün çayda azalmalar müşahidə olunur. İyun ayının birindən indiyədək Kür çayında suyun səviyyəsi 1,6 metr aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində irili-xırdalı xeyli sayda adalar yaranıb.

Bu da Kür boyunca quraşdırılmış su nasos stansiyalarına ciddi təsir edib. Çayda su az olduğundan su nasosları tam gücü ilə işləyə bilmir.

Pambıq və digər əkin sahələrinin suvarılmasında çətinliklər yaşanır. Bununla yanaşı əhali şəxsi təsərrüfatlarını vaxtında suvara bilmədiklərindən bağlarda meyvə ağaclarının quruması müşahidə olunur.

Hazırda Kür çayının indiki vəziyyəti heç də ürəkaçan deyil. Mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda bununla bağlı təxirəsalınmaz tədbirlər görülməzsə, vəziyyət acı sonluqla nəticələnə bilər.

Kür çayında suyun səviyyəsi sürətlə azalır -
Kür çayında suyun səviyyəsi sürətlə azalır -
Kür çayında suyun səviyyəsi sürətlə azalır -
Kür çayında suyun səviyyəsi sürətlə azalır -
Kür çayında suyun səviyyəsi sürətlə azalır -
Kür çayında suyun səviyyəsi sürətlə azalır -
Kür çayında suyun səviyyəsi sürətlə azalır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...