Laçın rayonunun Qarıqışlaq obasına gedən yolu bu şirkət təmir edəcək

Laçın rayonunun Qarıqışlaq obasına gedən yolu bu şirkət təmir edəcək

Laçın Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Pluton-K” MMC Laçın Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və ümumi dəyəri 87 min 287 manat 84 qəpik olan tenderin qalibi olub. Qalib şirkət Laçın rayonunun Qarıqışlaq obasına gedən yolun yararsız hissəsinə 10 sm qalınlığında çınqıl örtüyü verəcək (2 min 245 kub. metr).
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Pluton-K” MMC 07.01.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC Masallı rayonu, Köçəkli kəndində hüquqi ünvanda yerləşir. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin qanuni təmsilçisi Quliyev Ağabala Möhübbət oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1096 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...