“Eldar Mahmudovun dalında böyük fiqurlar dayanır” - Hafiz Hacıyev

“Eldar Mahmudovun dalında böyük fiqurlar dayanır” -


“Əli Abbasovun yaxasını geri çəkməsi ilə məsələ bitmir”

Müasir Müsavat Partiyasının sədri: “Mən ad çəkmək istəmirəm, amma Prezident Aparatından da burda iştirak edənlər var”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı PİA.AZ-a fikirlərini açıqlayıb:

“Ölkədə baş verənlər Eldar Mahmudov məsələsi ilə kifayətlənmir. Eldar Mahmudov bir fiqurdur, icraçıdır. Eldar Mahmudovun dalında böyük fiqurlar dayanır. Burada söhbət dövlət çevirilişindən gedir. Dövlətə xəyanət edən qüvvələrin hamısı vəzifəsindən getməlidir. Onların arxasında icra başçıları,hərbi ilə bağlı müəyyən insanlar dayanır. Bunların hamısı üzə çıxmalıdır. Əli Abbasovun yaxasını geri çəkməsi ilə məsələ bitmir. Araşdırmaq lazımdır ki, aparatın rəhbərinin qohumları MTN-də hansı vəzifələrdədilər. Biz bunları bilirik, amma istintaqın gedişatına maneəçilik törətmək istəmirik. Məsələn, öyrənmək lazımdır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalovun qohumları hansı rayonlarda icra hakimiyyətinin başçılarıdır. Bunların hamısı prezidentə olan xəyanətdir. Prezidentə olan xəyanət dövlətə olan xəyanətdir.Düşünürəm ki, burada çox böyük dəstə var.

Bir neçə gün bundan öncə qeyd etmişdim ki, siyahı var. O siyahıda prezidentin, baş nazirin kim olacağı qeyd edilmişdi. Eyni zamanda hakimiyyəti kimlərlə bölürlərmiş. Mən ad çəkmək istəmirəm, amma Prezident Aparatından da burda iştirak edənlər var. Necə olur ki, Eldar Mahmudov o qədər işlər görür, amma Baş Prokurorluğun Ümumi nəzarət şöbəsi 11 ildir bundan xəbərsizdir. Və yaxud da başqa qurumların xəbər verməməsinin səbəbləri açıqlanmalıdır. Məsələn, Prezident Aparatındakı məsul şəxslər hər şeyi yaxşı bilirlər, amma prezidentə olan xəyanəti bilmirlər? Bilirlər. Xalq prezidentlə bir yerdə olmalıdır ki, çörəyi dizində olan vicdansızların kökü kəsilsin. Bu yöndə ciddi addımlar atılmalıdır.

Düşünürəm ki, prezident öz aparatındakı bəzi insanları uzaqlaşdırmalıdır. Çünki orda da təhlükə gözlənilir. Necə olur ki, Prezidenti Administrasiyası rəhbərinin müavini Əli Əsədov ölkədən 2 milyardı Azərbaycandan çıxardır və Eldar Mahmudovla birlikdə ölkədə olacaq dövlət çevirilişi proyektində yer alır. Prezident özündən yuxarıdakı mərtəbələrə də baş çəkməlidir. Onlar ölkədəki vəziyyəti qarışdırmağa çalışırlar. Bu mümkün olan məsələ deyil”.

Hafiz Hacıyev: “Bu gün Heydər Əliyevə xəyanət edən insanların hamısını hakimiyyətə yığıblar”

Ölkədə baş verənlərin dövlətə sədaqətsizlik olduğunu vurğulayan Hafiz Hacıyev bildirir ki:

“Ölkədə baş verən bu hadisələr dövlətə, dövlətçiliyə sədaqətsizlikdir. Prezidentin qəbulundan çıxandan sonra prezidentə xəyanət etməyə başlayırlar. Onların heç birinin sadiqliyi yoxdur. Onlar istəyirlər ki, ölkədə baş verən bütün prosesləri prezidentin üstünə yığsınlar. Onlar vəzifəyə görə prezidentin yanındadılar. Açıq deyəcəm, prezidentin tapşırıqlarını ləqayətlə yerinə yetirən nazir Kəmaləddin Heydərovdur. Məsələn, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov böyük işlər görür. Prezident kadr islahatları sayəsində ləyaqətli insanları xalqına xidmət etmələri üçün vəzifəyə gətirir. Eldar Mahmudov Azərbaycanın milli maraqlarını xarici dövlətlərə satır. Təki onların var-dövlətinə zərər gəlməsin. Bu gün Heydər Əliyevə xəyanət edən insanların hamısını hakimiyyətə yığıblar. Heydər Əliyevə güllə atanlar 10 il iş alıb, təzədən deputat olublar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...