"Arif Yunusun azadlığa buraxılmasını alqışlayıram" - AŞPA rəhbəri

"Arif Yunusun azadlığa buraxılmasını alqışlayıram" -


“Mən Arif Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıram və ümid edirəm ki, daha çox, xüsusilə sağlamlıqları ilə bağlı narahatlıq olan məhbuslar tezliklə azadlığa buraxılacaq".

APA-nın məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassörün bəyanatında deyilir. “Bununla yanaşı, Arif Yunus və digər hüquq müdafiəçiləri və jurnalistlərə bağlı məhkəmə prosesləri hələ də həll olunmayıb. Mən bir daha Azərbaycan rəhbərliyini Avropa İnsan Haqları Konvensiyası standartları və Avropa Şurası qarşısında götürdükləri öhdəlik və vəzifələri çərçivəsində hərəkət etməyə çağırıram",- deyə bəyanatda qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...