Qeyri-iş günlərində karantin sərtləşdiriləcək? - VIDEO
“Mayda bizi bir həftə qeyri-iş günü gözləyir. Yoluxma sayındakı dinamika azalmağa doğru gedirsə, yəqin ki, qaydalara dəyişiklik edilməyəcək. Amma bu, o demək deyil ki, biz rahat olaq və qaydalara laqeyd münasibət göstərək”.
Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bayram tətilindən sonra virusa yoluxma sayında əhəmiyyətli sıçrayış baş verməsi gözlənilmir.
T.Eyvazov ictimai nəqliyyatla bağlı maydakı qadağanın yoluxma sayının azalmasına təsir edəcəyini bildirib:
“İnsan təmaslarının azalmasına xidmət edən hər bir qərar təbii ki, yoluxma sayının azalmasına gətirib çıxarır. İctimai nəqliyyatla bağlı qadağa da ümumi işin xeyrinədir”.
Baş infeksionist karantin rejiminin yumşaldılmasının hansı şərtlər əsasında mümkün olacağına aydınlıq gətirib:
“Əhalisinin yarıdan çoxu peyvəndlənən ölkələrin bəzisi yumşaldılmalara gedir. Buna qədər yumşaldılma tədbirləri real görsənmir. Buna görə, biz qarşıya qoyulan hədəfə daha tez çatmalıyıq. Peyvəndlənənlərin sayı artdıqca gündəlik yoluxmanın azalmasını görəcəyik. Bu azalma heç olmasa, ikirəqəmli olmalıdır və bir müddət bu səviyyədə qalmalıdır ki, yumşaldılma müzakirə predmeti olsun”.
946 dəfə oxundu