“Parkovşik”lərin bizə aidiyyatı yoxdur, onların himayədarları var” – BNA sədri

“Parkovşik”lərin bizə aidiyyatı yoxdur, onların himayədarları var” –

““Parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur. Biz bununla bağlı rəsmi orqanlara müraciət etmişik. Bu gün Bakı şəhərində kim 1 manatı elə-belə yığa bilər? Onların arxasında müəyyən himayədarlar var”.

Gundeminfo.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V.Kərimli deyib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır:

“Bakı şəhərində tariflər tətbiq olunmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parklanma ərazisində duran kəsə BNA tərəfindən vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”.

BNA rəsmisinin sözlərinə görə, parklanma məsələsi qaldırılanda fərqli-fərqli kanallar, istiqamətlərdən “qara piar” işi aparılır:

“Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablamadan investisiyanı cəlb edə bilmirik”.

O həmçinin deyib ki, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək:

“Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra məsələ Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək və “parkovşik” məsələsi qalmayacaq. “Parkovşik” bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...