MTN generallarının həbsi niyə gecikirdi? - Millət vəkili açıqladı
Bu məmurlar haqqında bir neçə il əvvəl yazılırdı, amma heç bir tədbir görülmürdü...
Millət vəkili: “Bu gün də MTN-nin iki generalının həbs edilməsi xəbəri yayıldı. Bu da o deməkdir ki, rüşvət və korrupsiya yolunu seçdinsə, mütləq sən hüquqi müstəvidə cəzanı alacaqsan”.
“Həmin generallar barədə təkzibedilməz faktlar öz təsdiqini tapdı və onlar məhkəmənin qərarı ilə 4 ay müddətində həbs edildi. Bundan sonra da onlarla bağlı araşdırmalar aparılacaq”.
Bu sözləri millət vəkili Elman Nəsirov bu gün MTN-nin 2 generalının həbs edilməsini PİA.az-a şərh edərkən qeyd edib.
Bildiyimiz kimi əğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. Baş Prokurorluq isə MTN generallarının həbs edilməsinin səbəbləri açıqlayıb. Səbəblər yenə korrupsiya, rüsvətxorluq, vəzifədən sui-istifadə etməkdir.
Yəni istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.
Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumdur ki, bu məmurlar haqqında bir neçə il əvvəl yazılırdı, amma heç bir tədbir görülmürdü. Bəs 4 ildən sonra bu məmurların həbs edilməsi nəyə işarədir?
Məmurların həbsinin gecikmə səbəblərini PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.
Elman Nəsirov: “Generalların 4 ildən sonra həbsi onunla bağlıdır ki, müvafiq qurumlar zaman çərçivəsində onlarla bağlı araşdırma aparır və təkzibedilməz faktlar toplayır”.
İki generalın həbsinin həm də ciddi siqnal olduğunu düşünən millət vəkili PİA.az-a bildirib ki, kimlər korrupsiya, rüşvətxorluq yolunu seçib, amma həbs edilmələrini düşünmürlər, bunun onlar üçün açıq siqnaldır:
“Əvvəla onu qeyd edim ki, ölkə prezidenti cənab İlham Əliyev 2018-ci ilin aprel ayının 11-də növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanıb prezident seçiləndən sonra, aprelin 18-də proqram xarakterli çıxış etdi. Prezident çıxışında qeyd etdi ki, ölkədə islahatların yeni dalğası başlanıb. Elə bir islahat başlayıb ki, elə sahə olmayacaq, onu əhatə etməsin. Eyni zamanda Prezident bildirdi ki, kadr islahatları da gedəcək. O kadr islahatlarından danışanda vurğuladı ki, ilk növbədə xalqına ləyaqətlə xidmət edən insanlar irəli çəkiləcək. Amma xalqına xidmət etməyən öz şəxsi mənafeyini üstün tutan, rüşvət, korrupsiya yolunu seçən məmurlar isə cəzalandırılacaq.
Bildiyimiz kimi xeyli sayda icra başçısı həbs edildi, nazirliklərdə həbslər həyata keçirilib, işdən azad etmələr reallaşdırılıb. Bu gün də MTN-nin iki generalının həbs edilməsi xəbəri yayıldı. Bununla bağlı respublika prokurorluğu artıq geniş məlumat yayıb. Bu da o deməkdir ki, rüşvət və korrupsiya yolunu seçdinsə, mütləq sən hüquqi müstəvidə cəzanı alacaqsan. Bu birmənalıdır.
Elman Nəsirov: “Burada şübhəlinirəm, sadəcə gümanlarım var ki, filankəs qeyri-qanuni yollardan istifadə edir, demək olmaz. Bu gərək təkzibedilməz faktlarla öz təsdiqini tapsın”.
Generalların 4 ildən sonra həbsi onunla bağlıdır ki, müvafiq qurumlar zaman çərçivəsində onlarla bağlı araşdırma aparır və təkzibedilməz faktlar toplayır. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə isə qərarların qəbulu hüquqi müstəvidə olmalıdır. Yəni burada şübhəlinirəm, sadəcə gümanlarım var ki, filankəs qeyri-qanuni yollardan istifadə edir demək olmaz. Bu gərək təkzibedilməz faktlarla öz təsdiqini tapsın. İndi isə həmin generallar barədə təkzibedilməz faktlar öz təsdiqini tapdı və onlar məhkəmənin qərarı ilə 4 ay müddətində həbs edildi. Bundan sonra da onlarla bağlı araşdırmalar aparılacaq.
İki generalın həbsi həm də ciddi siqnaldır. Kimlər ki, korrupsiya, rüşvətxorluq yolunu seçib, amma həbs edilmələrini düşünmürlər, bu onlar üçün siqnaldır. Cənab prezident dəfələrlə qeyd edib ki, heç kimin xüsusi imtiyazı yoxdur. Heç kim qanunun fövqündə dayana bilməz. Hamı qanun qarşısında bərabərdir. Cinayət etmirsənsə, cavabını da verəcəksən. Bu gün biz bu fikirlərin növbəti təsdiqinin şahidi olduq”.
1275 dəfə oxundu