ABŞ-da 15 milyon doz koronavirus peyvəndi xarab oldu

ABŞ-da 15 milyon doz koronavirus peyvəndi xarab oldu
ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) “Johnson & Johnson” şirkətinin zavodunun əməkdaşları bir neçə həftə əvvəl yeni növ koronavirusa qarşı peyvəndin inqrediyentlərini qarışdırarkən səhvə yol veriblər. Bu da preparatın 15 milyon dozunun xarab olmasına gətirib çıxarıb.

Bu barədə “Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir.

Onun məlumatına görə, insidentə səbəb insan faktoru olub. Baş verənlərlə əlaqədar olaraq, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) zavodda yoxlamalar aparır.

Bununla yanaşı, qeyd olunur ki, şirkətin ABŞ-ın tibb müəssisələrinə artıq daxil olmuş peyvəndinin bütün partiyaları təhlükəsizdir. Onlar “Johnson & Johnson”un Niderlanddakı zavodunda istehsal edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...