Rövşən Əkbərovdan Milli Qəhrəman adı alınır?

Rövşən Əkbərovdan Milli Qəhrəman adı alınır?

Ukraynada qətl törətməkdə şübhəli bilinən ehtiyatda olan general-leytenant Rövşən Əkbərovdan Milli Qəhrəman adı alına bilər.

Bunu Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, hakim Cinayət Məcəlləsinin 42-ci maddəsinə əsasən belə bir qərar qəbul edə bilər:

“Cinayət Məcəlləsinin 42.0.5. bəndində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə nəzərdə tutulub. Bu səbəbdən hakim təqsirləndirilən şəxsi Milli Qəhrəman adından, o cümlədən rütbədən mərhum edə bilər”.

Hüquqşünas onu da qeyd edib ki, Cinayət Məcəlləsinin tələbinə və Beynəlxalq Konvensiyaya görə, Rövşən Əkbərovun Ukraynada da mühakimə edilməsi mümkündür:

“Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Məcəllənin 12.1-ci maddəsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

İrəli sürülən ittihamlardan biri də xuliqanlıq niyyəti ilə adam öldürmədir. Törədilmiş cinayətin məcmusunu nəzərə alsaq, irəli sürülmüş ittiham təsdiqini taparsa, o, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, Ukraynada qətl törətməkdə şübhəli bilinən Rövşən Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...