İrəvanda "Şuşa azərbaycanlılarındır" deyən erməni qadının kim olduğu bilindi - VIDEO
Ötən həftə Nikol Paşinyanın İrəvanın mərkəzi meydanında təşkil etdiyi mitinqdə "Şuşa əlbəttə ki, azərbaycanlılarındır" deyən erməni qadınla bağlı qalmaqal getdikcə böyüyür.
Yeniavaz.com xəbər verir ki, jurnalistlərdən biri mitinqdə iştirak edən qadından Şuşa şəhərinin kimə məxsus olduğunu soruşub. Erməni qadın isə “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır” cavabını verib. Jurnalistin “Bəs, Artsax (Qarabağ)” sualına isə mintinq iştirakışı olan qadın “Artsax” da Azərbaycana məxsusdur” deyə cavab verib.
Ermənistandakı müxalifət mətbuatı bu qadının iş adamı Xaçatur Sukiasyanın evində işlədiyi barədə iddialar yayıb və həmin qadının iş adamının göstərişilə mitinqə getdiyi bildirilir.
Qeyd edək ki, Ermənistanın tanınmış iş adamlarından olan Xaçatur Sukiasyan Nikol Paşinyana yaxınlığı ilə bilinir. Xaçatur Sukiasyan 3 dəfə Ermənistan parlamentinin deputatı olub. "SIL Concern" şirkətinin sahibidir. 1992-94-cü illərdə Ermənistanın Sənaye Nazirliyində Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin rəisi, nazirin müşaviri vəzifələrində çalışıb. “Armeconombank” ASC-nin nəzarət payı Sukiasyan ailəsinə məxsusdur. Bu bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankıdır (25%).
883 dəfə oxundu