Paşinyan paytaxta əlavə polis qüvvələri cəlb etdi
Ermənistanın paytaxtı İrəvanda gərginlik hökm sürür.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqi dağıtmaq üçün paytaxta əlavə polis qüvvələri cəlb edilib.
Məlumatlarda bildirilir ki, hökumət aksiya iştirakçılarına zor tətbiq etmək niyyətində görünür.
Etirazçıların Hökumət Evini mühasirəyə alması isə vəziyyəti daha da gərginləşdirib.
Aksiya iştirakçıları Paşinyan istefa verməyincə, etirazların davam edəcəyini bildirir.
Nikol Paşinyan isə istefa vermək niyyətində deyil. O hələ də Qarabağdakı məğlubiyyətin səbəblərini keçmiş hökumətlərdə görür.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyasi və demarkasiyası prosesi Paşinyana daha çox hədəfə gətirib. Baş nazirin əleyhdarları onu Ermənistan torpaqlarını Azərbaycana satmaqda ittiham edirlər.
Hazırda İrəvanda aksiya iştirakçıları ilə polis qüvvələri arasında gərginlik yaşanır.
Ermənistanın ictimai-siyasi sferasında gedən müzakirələrdə ölkədə vətəndaş müharibəsi təhlükəsinin yarandığı barədə mülahizələr irəli sürülür.
591 dəfə oxundu