Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTOLAR
Ötən gün sosial şəbəkələrdə üzərində İkinci Qarabağ müharibəsində topçu kimi məşhurlaşmış Vüsal Şahkərimovun təsviri olan “Topçu” arağının fotosu yayılıb.
“Azgranata” MMC tərəfindən istehsal olunan bu içkiyə məhz döyüşçümüzün şəklinin vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məsələnin hüquqi tərəfləri, Müdafiə Nazirliyindən və həmin hərbi qulluqçunun özündən icazəsinin alınıb-alınmaması müzakirə mövzusudur.
“Qafqazinfo” məsələ ilə bağlı “Azgranata” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli ilə əlaqə saxlayıb. O bildirib ki, topçumuzun təsvirinin şirkət tərəfindən istehsal olunan içki şüşəsinə vurulmasında məqsəd ordumuzun gücünü, şücaətini göstərməkdir və hüquqi tərəfdən də heç bir qanun pozuntusuna yol verilməyib:
“Bizim İdarə Heyətinin sədri Şaiq Mirzəyev hüquq üzrə fəlsəfə doktorudur, tanınmış vəkillərdən biridir. Burada qanun pozuntusuna imkan yaradacaq nüans olsaydı, sədrimiz özü ona icazə verməzdi. Marketinq şöbəmizin ona yaxın əməkdaşı var və onlar bu şəkil vurulmamışdan əvvəl bununla bağlı araşdırma aparıblar. Topçumuz Vüsal bəyin atasıyla əlaqə saxlanılıb. O, bu təklifimizi son dərəcə hörmətlə qarşılayıb və hətta sevinib ki, oğlunun şəkli bizim brendin üzərində olacaq. Əgər qanun pozuntusu hesab olunursa, ortaya çıxarılsın və biz cavab verməyə hazırıq”.
Müdafiə Nazirliyindən razılığa gəlincə isə, Ü. Günəşli qeyd edib ki, nazirlikdən razılıq almalı deyillər və şəkil sahibi və ya ailəsi ilə razılıq yetərlidir. O həmçinin əlavə edib ki, təmsil etdiyi şirkət indiyə qədər bir çox tanınmış simaların adına içki istehsal edib: “Şirkətimiz tərəfindən Rasim Balayevin adına araq buraxılıb, generalların adına olan konyaklarımız var. Tarixi şəxsiyyətlərimizin - “Dədə Qorqud”un adına, Xürrəmilər hərəkatı ilə bağlı içkilərimiz var. “Korifey” adı ilə şəxsi heyətin adına konyak istehsal etmişik. “Nizami”, “Füzuli” adına konyak və araqlar istehsal ediblər. Burada qanundankənar heç nə yoxdur. Bizim də gücümüz buna çatır, nəşriyyat evi, təhsil şöbəsi deyilik ki, kitab istehsal edək. Biz də bu sarıdan həmin şəxsləri tarixə salmaq istəyirik. Bu şəkli vurmaqla ordumuzun gücünü, şücaətini göstərmək istəyirik. Vüsalın şəkildə duruşu bizim ordumuzu simvolizə edir. Bu içki məhdud sayda - 10 min ədəd satışa çıxarılacaq və bir neçəsi də muzeyimizdə saxlanılacaq”.
651 dəfə oxundu