"Paşinyan günahkar deyil, biz müharibəni uduzduq" - Ermənistan Baş Qərargah rəisi

"Paşinyan günahkar deyil, biz müharibəni uduzduq" -

“Baş nazir Paşinyan bu qərarı həm təklifimə, həm də vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq verdi. Bu qərar mütləq lazım idi".

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bunu Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan açıqlayıb.

“Bu qərarın rədd edilməsi geri dönməmək nəticələrinə səbəb ola bilər. Bu açıq şəkildə qəbul edilməli və başa düşülməlidir. Hər hansı bir fərziyyədən asılı olmayaraq, bu qərarın doğru olduğunu düşünürəm. Bu, bizim üçün çox acı bir həqiqətdir, ancaq vəziyyətin obyektiv qiymətləndirilməsinin nəticəsi idi", - Onik Qasparyan deyib.

Baş Qərargah rəisi Baş nazirin Azərbaycanla müharibədə təslim olmağının Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatı nəticəsində qəbul edilmiş qərarını belə şərh edib. Rusiya Federasiyası Prezidentinin verdiyi açıqlamaya görə, Dağlıq Qarabağda tam atəşkəs 10 noyabr qüvvəyə minib.

Xatırladaq ki, bundan əvvəl Baş naziri Nikol Paşinyan Qarabağla bağlı müqavilənin Ermənistan ordusunun təkidi ilə imzalandığını bildirmişdi.

“Ordu deyib ki, dayanmalıyıq. Suallarımız olduğu üçün onların həllinə heç bir perspektiv yoxdur və ya resurs tükənib", - o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...