Ordumuz Ermənistandan Kəlbəcərə gələn yolu bağladı -İrəvandan etiraf

Ordumuz Ermənistandan Kəlbəcərə gələn yolu bağladı
Azərbaycanın qəhrəman ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində Ermənistanla işğal bölgəsi arasında rabitə məhdudlaşmaqdadır. Ermənistan Fövqəladə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusunun mütəmadi olaraq atəş altında saxladığı Sotk-Kəlbəcər magistralında hərəkət dayandırılıb.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir ki, yolda hərəkət 15 oktyabrdan etibarən qapadılıb. “Bu, Qarabağla quru əlaqənin yaradıldığı yoldur. Azərbaycan tərəfdən atəşə tutulması səbəbindən magistralda hərəkət dayandırılıb”, məlumatda deyilir.

Beləliklə, düşmən Azərbaycan ordusunun Qarabağda həlqəni daraltdığını etiraf edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...