Əsgərlərimizin yoluxmaması üçün qaydalara ciddi əməl etməliyik!
Azərbaycanın sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad etməsinə arxa cəbhədə də böyük dəstək var. “Qafqazinfo” xəbər verir ki, təəssüf ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib.
Koronavirusa yoluxanların sayının kəskin artdığı Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə bu gündən etibarən giriş-çıxış dayandırılıb.
Yaz və yay aylarında cəmiyyəti kilitləyən virus yayın sonlarında səngisə də, bu günlərdə yenidən vüsət alıb. Bu gün döyüşlərin getdiyi bir məqamda Azərbaycan cəmiyyətinin Orduya ən böyük dəstəyi öz sağlamlıqlarını qorumaq, səhiyyə sistemini yükləməmək və yaralı əsgərlərə xidmətin yüksək səviyyədə qalmasına şərait yaratmaqdır. Koronavirusla fəal mübarizə cəbhəyə, əsgərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir.
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemoloji durum pisləşir.
Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Azərbaycanın dövlət və cəmiyyət olaraq virusa qarşı mübarizədə əldə etdiyi uğurları qorumaq lazımdır. Artıq bütün dünyada virusa yoluxma yenidən artır. Düşmən Ermənistanda bu gün koronavirusa yoluxmuş 1058 nəfər qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər: “Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır”.
Unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək, həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən milli Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərində düşən məsuliyyəti dərk etməlidir.
A.Qurbanov qeyd edib ki, lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasınlar. İnsanlar çox diqqətli olmalıdır”.
Akif Qurbanov vurğulayıb ki, koronavirusa yoluxma hallarının artmasının orduya sirayət etmə təhlükəsi yarana bilər:
"Əsgərlər arasında da yoluxma halları ola bilər. Ona görə də bu gün kimsə vətənpərvərlik, orduya yardım istiqamətində fikirləşirsə, həm də koronavirusa qarşı mübarizə istiqamətində fikirləşməlidir".
İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir, xüsusi, hətta strateji əhəmiyyətə malik məsələdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır. Bu dəfə də Azərbaycan vətəndaşları məsuliyyətli davranacaq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməyəcəklər.
TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, xalqımız sağlam olmalıdır ki, bu gün ön cəbhədə olan insanlarımızın da fikri ailələrinin yanında qalmasın:
“Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq”.
Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir.
Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.
824 dəfə oxundu