“Azərbaycan bir neçə həftə ərzində hərbi məqsədlərinə nail olacaq” - Brayza

“Azərbaycan bir neçə həftə ərzində hərbi məqsədlərinə nail olacaq” -
“Fikrimcə, Azərbaycan bir neçə həftə ərzində hərbi məqsədlərinə nail olacaq”.

Bunu Türkiyənin DHA informasiya agentliyinə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar hələlik çox uğurludur:

“Qənaətimcə, Azərbaycan Ermənistan tərəfini xeyli təəccübləndirdi. Azərbaycan Türkiyədən aldığı və arsenalına daxil etdiyi pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatlarından istifadə edərək, Ermənistanın hərbi gücünü bir-bir məhv edir”.

M.Brayza bildirib ki, Ermənistan bu dron hücumlarının qarşısını ala bilmir:

“Fikrimcə, Azərbaycan bir neçə həftə ərzində hərbi məqsədlərinə çatacaq. Bu məqsədlər Qarabağda bəzi və ya böyük bir ərazini geri almaqdan ibarətdir. Ardınca da Azərbaycan güclü mövqe ilə siyasi razılaşma yoluna gedə biləcək. Mən toqquşmaların bu cür başa çatacağını düşünürəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...