“Paşinyan Trampa zəng vurmaq istədi, alınmadı...” - “The New York Times”
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycan ordusunun erməni birləşmələrini əzməkdə olduğu bir vaxtda xaotik şəkildə dünya liderlərinə dalbadal zənglər edir. Ötən həftə sonu Paşinyan ABŞ prezidenti Donald Trampla da danışmaq istəyib, amma baş tutmayıb. Bu haqda “The New York Times” qəzeti yazır.
Belə ki, ötən həftənin cümə günü Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O’Breynə zəng vurub. Və qəzetin yazdığı kimi delikat məsələ qaldırıb: ABŞ nəyə görə müttəfiqi Türkiyənin Qarabağda Birləşmiş Ştatların istehsalı olan F-16 qırıcılarını istifadə etməsinə mane olmur?
Telefon danışığı zamanı Paşinyan Türkiyənin Azərbaycanın tərəfində münaqişəyə “hərbi müdaxilə” etdiyini və nəticədə vəziyyətin təhlükəli xarakter aldığını deyib. Robert O’Breyn Paşinyanı dinləyib, onun “narahatlığını başa düşdüyünü” deyib və vəd edib ki, Ermənistan baş naziri ilə ABŞ prezidenti arasında telefon danışığını təşkil edəcək.
Lakin bundan cəmi bir neçə saat sonra Trampın koronavirus testi müsbət çıxıb və o, xəstəxanaya yerləşdirilib. Nəticədə Paşinyana onunla danışıb Türkiyədən, Azərbaycandan şikayətlənmək qismət olmayıb...
590 dəfə oxundu