“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu”

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu”


"Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”.

Bu sözləri Sfera.az-a açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələri, mediada Fətullah Gülənin ona və Ramiz Mehdiyevə qalstuk hədiyyə etməsi barədə fotoların yayılması məsələsinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

"Fətullah Gülənin Azərbaycanla təmaslarının olduğu heç kimə sirr deyil. O güclü olduğu zamanlarda Azərbaycanda da müəyyən əlaqələr qurmuşdu. Ona xidmət edən məktəblər, universitetlər var idi. Hətta bir dəfə özü də etiraf etmişdi ki, xarici ölkələrdə ən güclü dayağı Azərbaycandadır.

İstisna etmirəm ki, Azərbaycanda hakimiyyət içində, parlamentdə də onun tərəfdarları vardı. Bu tərəfdar qruplar vasitəsilə Gülən öz əməllərini həyata keçirir, imkanlarını gücləndirirdi. Əli Həsənov vaxtilə ideoloji sahəyə cavabdeh olan şəxs kimi belə halların qarşısını almalı idi. Amma görürük ki, özü onların toplantılarında iştirak edir, bu barədə şəkillər də yayılıb”.

Buna əsasən də həmsöhbətimiz hesab edir ki, ölkəmizdə FETÖ-çulara şərait yaradanlar, dəstək verənlər içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub:

"Zərərli təşkilat olduğunu görə-görə niyə FETÖ-ya belə imkanlar yaradırdılar? Demək özləri də bu işin içində olublar. Nəinki qarşısını almayıb, əksinə onların bir çox layihələrində aktiv yer alıblar. Ortada müəyyən faktlar, görüntülər, şəkillər var, FETÖ-nun müəyyən adamları ilə görüşləri olub.

FETÖ-nun tədbirlərində Əli Həsənov, Ramiz Mehdiyev yuxarı başda otururdu. Bunlar hamısı olub. Hətta Türkiyədə FETÖ-nün hərbi çevrilişə cəhdindən sonra da onlar Azərbayandakı fəaliyyətlərini azaltmadılar. Yalnız Türkiyədən Bakıya müəyyən məsələlərlə bağlı hesabatlar göndərildikdən sonra prosesin qarşısı alındı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...