"Minlərlə vətəndaşımız işsiz qalacaq..."

"Minlərlə vətəndaşımız işsiz qalacaq..."
"Taksi xidməti göstərən sahibkarlar rəsmən sıradan çıxarılacaq. Bu indilikdə görünən bir tendensiyadır. Taksi xidməti sektorundakı onlarla menecment işinin təşkilini həyata keçirən mütəxəssislərlə məsləhətləşdim. Fikirlərini aldım". DİA.AZ bildirir ki, byunu tanınmış iqtisadçı Razi Abasbəyli özünün "facebook" səhifəsində paylaşıb.

Daha sonra R.Abazsbəyli qeyd edir: "Ölkədə ən vacibi vətəndaşa sağlam, rahat bir xidmət göstərən sektor daxili sərnişindaşıma üzrə ixtisaslaşan sahibkarlarlıq subyektləri formalaşırdı. Təəssüf ki, bu sektora da əl qoydular. Hansısa iri inhisarçılar bu dəfə də dövlətin vətəndaş üzərində spsial qayğısına kölgə salacaq bir addım atdı.
Kiçik bir haşiyəyə çıxım. Azərbaycanda vətəndaşa nağd və ya nağdsız vəsait təklif edən bankların xidməti ödənişlidir. Dövlətin əksər qurumlarında 4 rəqəmli "qaynar xəttlər"inə müraciət etmək üçün uzun-uzadı musiqi dinlərək vətəndaşların balanslarından vəsait çıxılır. Ölkədə rəqabət mühiti yaranıb, taksi şirkətlərinə 7/24 müraciət edəndə "biz sizi təkrar yığırıq" deyib böyük ehtiram göstərirlər. Hətta balansında 1 qəpik qalan vətəndaş belə taksi şirkətinə müraciət edə bilir. Balansı olmayan, internet paketi olan vətəndaş belə "Bolt", "Uber" kimi böyük şəbəkənin imkanlarından istifadə edə bilirdi.
Ayıq sürücü lazım olduqda güvənlə, sosial şəbəkələrdəki iddiaların, "yol polisi ilə əlbirdir " iddialarının əksinə olaraq rəsmi qeydiyyatı olan sürücü gəlir və sizi mənzilinizə çatdırırdı. İstənilən halda imtina etmək, istənilən halda müraciət etdiyinizə görə cərimə olunmamaq, istənilən halda nəqliyyat vasitəsi seçmək hüquqları var və var idi vətəndaşın - ya bundan sonra kimi ifadə etsək...
İndi isə 2 gün öncə yayılan rəsmi xəbərə diqqət edin:
Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.
BNA təşəbbüskardır, nazirlik təşəbbüsü dəstəkləyir, DYP iştirakçıdır. ATU mütəxəssisləri və ekspertləri də bəlli. Bəs ölkədə 40-a yaxın taksi xidməti göstərən hansı sahibkarla müzakirə aparılıb?
Heç bir müzakirə olmayıb. İndi rəsmi məlumatın ikinci hissəsinə diqqət edin:
Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.
- Taksi minik avtomobilləri və onların sürücüləri haqqında tələblər təsdiq edilib nə deməkdir. Hər bir vətəndaş ən son anda belə sifariş etdiyi taksini və ya sürücünü bəyənməsə imtina edə bilrdi onsuzda indiki şərtlərlə.
- "Təlabat olan ərazilərdə taksi duracaqları" anlayışı Bakı kimi meqapolislər üçün keçərli deyil. Sifarişçi istənilən yerdə, ünvanda ola bilir, dayanacaqda taksi gözləmək anlayışı sovetlər dağılanda dağılıb gedib.
- Rəsmi xəbərdə deyirlər ki, qeyri müəyyən tariflər. Bu məqama geri qayıdacam. Hələlik qeyri-müəyyən tarif tətbiqi rəqabət bazarında vahid tarif tətbiqindən daha faydalıdır. Əhalinin müxtəlif sosial təminatlı təbəqələri üçün müxtəlif nəqliyyat vasitələri və tariflər təklif olunur. Seçmək yenə müştərinin, vətəndaşın ixtiyarına buraxılır.
- Gələk yeni bir məqama "fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması" bu statusun olmaması müəyyən mənada təhlükəsizlik və hüquqi sorumluluq yarada bilər. Amma bu işin təşkilinu Hüquq Mühafizə Orqanları həyata keçirə bilər. Sürücü və vətəndaş arasındakı arzuolunmayan problemlərin həllinə niyə hansısa vahid mərkəz nəzarət etməlidir.
Və Nəhayət qayıdaq əsas məqama. Büdcədən yayınma, əlavə dəyər vergisinin tətbiqi və sair məqamlara, bunun üçün vahid mərkəz yaratmaq yox, sistemli şəkildə özəl taksi şirkətlərinin sorğu mərkəzləri üzərində sağlam audit sistemi təşkil etmək, vergi ödənişlərinin təşkilini həyata keçirmək çox asandır. Bu qədər sadə daha onminlərlə insanın qəpik-quruş qazanmasını əngəlləmək üçün hansısa "VAHİD SİSTEM" heç də 8 aydır sərt karantində yaşayan insanlarımızın sosial vəziyyətini düzəltməyəcək. Əksinə..."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...