Mərkəzi Bank sədrinin müavinləri etirazçılarla görüşdü - PULLARI QAYTARILACAQ

Mərkəzi Bank sədrinin müavinləri etirazçılarla görüşdü -
Amrahbank, Atabank, NBC, AG banklarının bağlanması səbəbindən bu bankların əmanətçiləri Mərkəzi Bank önündə toplaşıblar.

Ümumilikdə 200-ə yaxın şəxsə ziyan dəyib. Əmanətçilər deyir ki, banklardan bizə bankın bağlandığını və Mərkəzi Banka müraciət etməklərini deyiblər. Bununla razılaşmayan əmanətçilər Mərkəzi Bankın qarşısında aksiya keçirir. //baxar.az//

***

Ləğv prosesində olan "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçiləri bu gün yenidən Mərkəzi Bank önündə yığışaraq etiraz aksiyası keçirib.

Mərkəzi Bank sədrinin müavinləri etirazçılarla görüşdü -


“MediaPost”un hadisə yerində olan müxbirinin məlumatına görə, Mərkəzi Bank sədrinin müavinləri Aftandil Babayev və Alim Quliyev aksiya iştirakçıları ilə görüşüb. A. Babayev problemin araşdırıldığını və həllini tapacağını bildirib.

A. Babayev həmçinin qeyd edib ki, iyul ayının 28-də Konstitusiya Məkhəməsində bununla bağlı məhkəmə iclası keçiriləcək, bundan sonra əmanətlərin geri qaytarılmasına başlanacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...