Şəhid genarala Milli Qəhrəman adının verilməsi təklif olunur - “Yəqin, Prezident bu məsələyə baxacaq...”
"Bu məsələ gündəliyə gəlirsə, ona ölkə prezidenti səviyyəsində aydınlıq gətiriləcək”
Sfera.az-a açıqlamasında bu sözləri bir çox ictimai-siyasi xadimlərin Tovuz döyüşlərində həlak olmuş general-mayor Polad Həşimova Milli Qəhrəman adının verilməsi təklifinə münasibət bildirərkən Milli Məclisin deputatı Fəzail Ağamalı deyib:
"Vuruşan, şəhid olan hər bir igidimiz qəhrəmandır. Onlar ürəyimizdə və yaddaşımızda əbədi yaşayacaqlar. Əlbəttə, general-mayor Polad Həşimova Milli Qəhrəman adının verilməsi birbaşa Prezidentin səlahiyyətindədir. Şəhid generalımızın bu döyüşdə və ondan əvvəlki aprel döyüşlərində mühüm xidmətləri olub.
Bir qayda olaraq bu kimi məsələlər təklif və sifarişlər əsasında həll olunmur, xidmətlərə görə həll olunur. Ərazi bütövlüyümüz uğrunda döyüşən hər bir insan qəlbimizdə qəhrəman və igiddir. Tovuz döyüşlərində həlak olan əsgərindən tutmuş generalına qədər hər bir soydaşımızın ruhu və qəhrəmanlığı Azərbaycan xalqı durduqca onun qəlbində, hər birimizin yaddaşında yaşayacaq. Yəqin ki, cənab Prezident tərəfindən məsələyə baxılacaq və şəhidlərimiz bu və ya digər şəkildə təltif olunacaqlar”.
"Şəhid generalımıza Milli Qəhrəman adı verilməlidir”.
Sayta açıqlamasında münasibət bildirən Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovada təklifi dəstəkləyib:
"Əlbəttə, şəhid generalımıza Milli Qəhrəman adı verilməlidir. Çox təəssüf ki, ölkə cəmiyyəti və insanları bu qəhrəman insanımızı gec tanıyıb.Haqqında paylaşılan xəbərlər göstərdi ki, o tək yaxşı və peşəkar hərbçi olmayıb, həm də gözəl insan olub. Bu insan tutduğu mövqedən, əlindən olan səlahiyyətdən bəziləri kimi "yararlanaraq”, heç bir şəxsi mənafeyi üçün istifadə etməyib. Ona görə də xalqın sevgisini qazanıb”.
"Dəstəkləyirəm”.
Milli Məclisi deputatı Elman Məmmədov da məsələyə müsbət münasibət bildirdi:
"Allah rəhmət eləsin, generalımıza. O, şəhiddir və qəhrəman generaldır. O, əsgərinin önündə döyüşə gedən generaldır, əsgərin arxasında gizlənən general deyil. Ona Milli Qəhrəman adının verilməsini dəstəkləyirəm”.
Deputat Nigar Arpadarai də təklifə öz dəstəyini ifadə etdi: "Bu ölkənin həm vətəndaşı, həm bir ana və deputatı olaraq əlbəttə ki, şəhid generalımıza Milli Qəhrəman adının verilməsini dəstəkləyirəm. Bu təklifi qəbul edirəm”.
"Müvafiq orqanlar təklifi nəzərə almalıdır”
AMİP lideri Etibar Məmmədov belə düşünür: "Təklif yaxşı təklifdir və müvafiq orqanlar bunu nəzərə almalıdır”.
"O, qeyri-rəsmi olaraq artıq Azərbaycanın Milli Qəhrəmanı adını alıb”.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli də şəhid generala Milli Qəhrəman statusunun verilməsinin vacib olduğunu qeyd etdi:
"General-mayor Polad Həşimov dövlətinə, xalqına bağlı olan bir insan olub. Yeniyetməlik dövründən həyatını orduya həsr edib və şərəfli bir ömür yaşayıb. Şəhid generalımız əsgərlərin qayğısını çəkən, döyüş əməliyyatlarının mərkəzində dayanan, sinəsini Vətənə sipər edən bir general idi. O sözün həqiqi mənasında Azərbaycanın Milli Qəhrəmanıdır.
General Həşimovun xalqın ürəyində ucalan heykəli, hər hansı bir fəxri adla müqayisə edilə bilməz. O, qeyri-rəsmi olaraq artıq Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bunun rəsmilşdirilməsini arzu edərdim. O, Azərbaycanın qəhrəmanlıq salnaməsini öz qanı ilə yazan generalımızdır”.
715 dəfə oxundu