Bakı Slavyan Universitetinin dosenti koronavirusdan ölüb

Bakı Slavyan Universitetinin dosenti koronavirusdan ölüb
Bakı Slavyan Universitetinin dosenti koronavirusdan ölüb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova özünün "facebook" səhifəsində yazıb.

Prorektor bildirib ki, universitetin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova virus səbəbindən vəfat edib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-işin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...