Akif Rzayev Daşkəsəni işğal etmək üçün hansı yollara əl atır?
Son zamanlar bəzi media quruluşlarında özünü fermer kimi təqdim edən Akif Rzayev adlı Gəncə sakininin Daşkəsəndə torpaq davası barədə materiallar dərc edilib.
Bu məlumatlarda fermerin guya fəaliyyətinə qadağalar qoyulması, torpaqsız qalması və buna görə yerli icra hakimiyyətinə qarşı ittihamları yer alıb.
İlk baxışda bu məlumatları oxuyarkən, bir fermerin fəaliyyətinə imkan verilməməsi fikri formalaşır. Ancaq məsələnin mahiyyətinə varanda ortada şantaj yolu ilə bütövlükdə bir rayonun torpaqlarının ələ keçirilməsi niyyəti güdülür.
Gununsesi.org-un Qərb bölgəsi üzrə müxbiri Akfi Rzayev adlı fermerin şikayətini araşdırıb.
Məlum olub ki, bu şəxsin problemi təkcə Daşkəsən rayonunun rəhbərliyi ilə bitmir.
Belə ki, eyni şantaj-hədə yolu ilə Akif Rzayev Goranboy rayonu ərazisində 1000 hektardan çox torpağı ələ keçirib.
Bu prosesdə medianın dəstəyinə arxalanan fermerin qanunsuz tələblərinə Goranboyun keçmiş rəhbərliyi göz yumub. Nəticədə yerli sakinlər öz ata-baba torpaqlarının Akif Rzayev tərəfindən istismar olunmasını seyr edir.
Akif Rzayevlə bağlı apardığımız araşdırma zamanı onu da öyrəndik ki, bu şəxsə fermer kimi Daşkəsənin Xoşbulaq ərazisində 375 ha torpaq sahəsi ayrılıb və özü ilə yanaşı başqa şəxslərin də istifadəsindədir.
Qeyd edək ki, 375 ha örüş otlaq sahəsi təxminən 1500 baş qoyun üçün nəzərdə tutulur. Amma məlum olub ki, Akif Rzayevin bu qədər sürüsü yoxdur. O, bu örüş-otlaq sahələrini başqa fermerlərə illik icarəyə verməklə, külli miqdarda vəsait əldə edir.
Ancaq son zamanlar Akif Rzayevin tamahı bir qədər də ona güc gəlib. Belə ki, fermer bu dəfə Daşkəsən rəhbərliyindən əlavə 300 ha torpaq sahəsi istəyir. Onun bu tələbinin yerinə yetriliməsinin mümkünsüz olduğu nəzərinə çatdırılsa da Akif Rzayev ölkə başçısına rayon rəhbərliyi haqqında şikayətlər təşkil edir.
Onu da qeyd edək ki, Xoşbulaq yaylaqları yüzlərlə fermer və yerli sakinlərin arasında böülşdürülüb. Bu proses isə şəffaf qaydada Dövlət Əmlak Komitəsinin vasitəsi ilə həyata keçirilib.
Akif Rzayevin Daşkəsəni bütövlükdə “işğal” niyyəti rayon sakinlərinin də haqlı narazılığına səbəb olub. Belə ki, yerli sakinlər icra hakimiyyəti orqanlarına üz tutaraq, bu adamın tələblərinə etiraz edir.
Gununsesi.org
723 dəfə oxundu