İsmayıllıda vəziyyət necədir? – İcra başçısından AÇIQLAMA

İsmayıllıda vəziyyət necədir? –

İsmayıllı rayonunun Quşencə kəndində iki ailədə koronavirus aşkarlanmışdı. Həmin ailələr izolyasiya olundu, evlər nəzarətə götürüldü. Hazırda kənddə yeni yoluxma halları aşkar edilməyib və vəziyyət stabilləşib.

Gundeminfo.az-ın xəbərinə görə, bunu İsmayıllının icra başçısı Nahid Bağırov deyib. Onun sözlərinə görə, kəndin giriş-çıxışı bağlanmayıb.

“Sadəcə mobil qruplar yaradılıb. İcra hakimiyyətinin nümayəndələri və rayon polis şöbəsi ilə birgə koronavirus xəstəliyi aşkarlanan evlərdə profilaktik tədbirlər görülüb, maarifləndirici işlər aparılıb. Kənddə əhaliyə koronavirusla mübarizə çərçivəsində qaydalara əməl etmək, sosial məsafə gözləmək və maska taxmağın vacibliyi bildirilib. Quşencədə artıq yoluxma azalıb və demək olar ki, yoxdur”.

N.Bağırov qeyd edib ki, əgər ailədə bir nəfərdə koronavirus aşkarlanarsa, digərlərinin müayinəsi, test edilməsi icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

“Bir nəfərdə virus olarsa, ailənin digər üzvləri, əlaqədə olduğu şəxslər izolyasiya olunur və test edilir. Hazırda icra hakimiyyətində, dövlət qurumlarında yoluxan yoxdur. Sıravi vətəndaşlar arasında yoluxma halları müşahidə edilir”.Azvision.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...