Rusiya ermənilərin bu qədər nankor olduğunu bilməzdi

Rusiya ermənilərin bu qədər nankor olduğunu bilməzdi

Rusiya Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər SSRİ-nin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəffaf bir müstəvidə inkişaf edir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Rusiyaya səfəri və onun nəticələri haqda danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə ciddi əməkdaşlıq edir:

“Bu gün Azərbaycanda SSRİ dövründə olduğu qədər də rus dilində təhsil ocaqları fəaliyyət göstərir. Biz Rusiya ilə bütün səviyyədə olan münasibətlərimizi bundan sonra da dərinləşdirməkdə davam etmək əhval-ruhiyyəsindəyik. Bunun həqiqətən belə olduğuna dair çox nümunələr gətirmək olar. Məsələn, bu gün Bakı şəhərindəki uşaq bağçalarında azərbaycan bölməsində sərbəst yerlər kifayət qədər olduğu halda, rus bölməsində yer tapılmaq müşkül məsələdir. Heç kim vətəndaşı məcbur edə bilməz ki, sən övladını uşaq bağçasında rus bölməsinə qoymalısan. Deməli, bu bizim öz seçimimizdir, rus dilinə münasibətimizdir. Bir millətin dilinə hörmətlə yanaşırsansa, deməli, sən o milləti sevirsən. Bu, rus dilinə, rus xalqına və bütövlükdə Rusiyaya münasibətimizin göstəricisidir. Biz onu tam səmimi və aşkar şəkildə ortaya qoyuruq”.

Sabiq nazir qeyd edib ki, bu gün Ermənistanda Rusiyanı işğalçı dövlət kimi aşağılayan qüvvələrin sayı artır:

“Ruslar erməni xislətinin xəyanətlə yoğrulduğunu dəfələrlə görsələr də, heç şübhəsiz, onların bu qədər nankor ola biləcəyini hesablaya bilməyiblər. Bu gün Ermənistanın yeni hakimiyyəti Moskvaya meydan oxumağa başlayıb. Bunun nə ilə nəticələnəcəyi aydın məsələdir. Əgər “müstəqil” olan Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə və bu işi onun yerinə Rusiya görürsə, belə halda Rusiyaya qarşı bu nankorluq öz layiqli cavabını alacaq. Bütün hallarda son illərin, xüsusilə də son ayların hadisələri erməni xislətinin iç üzünü daha qabarıq bir şəkildə ruslara açıb göstərdi. Ruslar başa düşməlidirlər ki, əməkdaşlıqda kim səmimidir və kim dost donuna girib, məqamı yetişəndə asanlıqla düşmənə çevrilə bilir. Bakı Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsini istəyir və buna hazırdır. Yetər ki, bunun qarşılığında Rusiya Cənubi Qafqazda işğalçıya dəstək verməyi dayandırsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...