Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? –

Hər il ali məktəblərə qəbul prosesi başa çatandan sonra, dərhal tələbə adını qazanmış abituriyentlərin hansı halda təhsil haqqını ödəməkdən imtina edilməsi məsələsi gündəmə gəlir.

Bu il də istisna deyil. Xüsusilə, bu il bir çox universitetlərdə ödənişin yüksək olması ümumilikdə cəmiyyətdə çoxsaylı sualların yaranmasına gətirib çıxarıb. Hansı hallarda ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr ödənişdən azad olunur?

Gundeminfo.az modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi məsələnin aktuallığını və ünvanlanan sualların çoxluğunu nəzərə alaraq münasibət bildirib.

Nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan aşağıdakı kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

- dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr;

- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr;

2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...