Biləcəri bələdiyyəsinin gizlən-qaç oyunu – Vəzifəli şəxslər niyə gizlənir? (VİDEO)

 Biləcəri bələdiyyəsinin gizlən-qaç oyunu –

“Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar yaşanıb.
Teleaparıcı qonşuların mübahisəsini tamaşaçılara təqdim edib. Belə ki, qəsəbədə yaranan zibilliklərdən şikayətçi olan qonşular aidiyatı qurumların da məsələyə göz yummasından şikayətçi olublar.

Minval.info xəbər verir ki, Amil Xəlil də öz növbəsində şikayətləri dinləyib və Biləcəri qəsəbəsinin bələdiyyəsinə yollanıb. Bələdiyyəyə gedərkən teleaparıcının açıqlaması bir daha öz təsdiqini tapıb.

O, dəfələrlə bələdiyyəyə gedərkən heç kimin iş başında olmadığını qeyd edib. Ardınca isə bələdiyyəyə daxil olan aparıcı eyni aqibətlə qarşılaşıb. “Bununla neçənci dəfədir biz bələdiyyəyə yollanırıq. Hər dəfə gəlişimizdə kimsənin olmadığını deyirlər”. Daha sonra aparıcı bələdiyyəni tənqid edib.

Qeyd edək ki sonuncu dəfə qəsəbədə olan “20 yanvar” parkının qoruyucu hasarlarının olmamasına görə bir azyaşlını avtomobil vuraraq ağır xəsarət alması barədə görüntülər “Olar? Olmaz!” da yayımlanmışdı. Sakinlər parkın avtomobil yolunun üzərində olmasını və uşaqların qaçaraq yola çıxmasının təhlükəsindən danışmışdı.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...