Azərbaycanda İcra Hakimiyyətinin binasına BASQIN EDİLDİ

Azərbaycanda İcra Hakimiyyətinin binasına

Ağstafada oğurluğa cəhd göstərmiş şəxs tutulub.

Gundeminfo.az Unikal.org lent.az-a istinadən xəbər verir ki, ötən gecə saat 4 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin inzibatı binasına soxulmaq istəyən şəxslə bağlı məlumat əldə edib. RİH binasının arxa qapısnı sındıraraq oraya daxil olmaq istəyən şəxs hadisə yerindən qaçmaq istəyərkən tutulub və Ağstafa rayon Polis Şöbəsinə təhvil verilib.

Polis Şöbəsində aparılmiş araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin Ağstafa rayonu, Sadıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu olduğu məlum olub.

Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...