Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından açıqlama

Səlim Müslümov ölkədən gedib? -

Nazirlər Kabinetindəki son dəyişikliklərdən sonra vəzifədən gedən bəzi nazirlər haqqında mətbuat səhifələrində ilginc informasiyalar yer almaqdadır. Ən çox tənqid atəşinə tuş gələnlər arasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş Səlim Müslümovun da adı var.

Məsələn iddia edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan külli miqdarda vəsait yoxa çıxıb. Media Səlim Müslümovun barəsində araşdırma aparıldığı, haqqında cinayət işinin başlanacağını proqnozlaşdırır.

Hesablama Palatasının bu yaxınlarda Dövlət Sosial Müdafiə Fondunda mənimsəmə faktlarının aşkarlandığı barədə rəsmi məlumat açıqlaması isə sabiq nazirin əleyhinə olan ittihamları bir qədər də qüvvətləndirib.

Bu iddialar fonunda Səlim Müslümovun susqunluq nümayiş etdirməsi, haqqında digər ittihamların da tirajlanmasına yol açır. Məsələn, bir müddət əvvəl iddia olunurdu ki, eks-nazir Nazirlər Kabinetində yer almaması xəbərinə çox pis olub və hətta guya, infakt keçirib. Səhhətində yaranan problemlər barədədki xəbər gündəmi zəbt etdikdən sonra, indi də eks-nazirin xaricə köçəcəyini söyləyənlər var. O səbəbdən ki, ortada 2 milyard vəsaitin itirilməsi məsələsi var.

Gundeminfo.az verir ki, Modern.az saytı Səlim Müslümovun ölkəni tərk etməsi xəbərlərinə münasibət öyrənməyə çalışıb. Təəssüf ki, əməkdşımız bu dəfə də eks-nazirin özüylə təmas qura bilməyib. Səlim Müslümovun Ağsu rayon İcra Hakmiyyətinin başçısı işləyən dayısı Ənvər Seyidəliyevdən da deyilənlər haqda rəy almaq mümkün olmayıb.

Bununla belə, Ağsu rayon İcra Hakmiyyətindən bəzi suallarımıza cavab ala bildik.

"Səlim Müslümov hazırda öz evindədir. Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim müəllim, niyə görə ailəsini, evini atıb getməlidir ki?! Bəziləri deyir ki, Ağsuya köçüb. Bu da yalandır. Neçə illərdir ki, Bakıda yaşayır. Hazırda da ailəsi ilə birgə Bakıda yaşadığı ünvanındadır. Kimlərsə nələrisə araşdırmadan bu cür həqiqətə uyğun olmayan informasiyalar yazırlar. Səslənən digər fikirlər yalandır”.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Səlim Müslümov Ağsu rayonunun Pirhəsən kəndində doğulub. Hazırda bu rayonun icra başçısı Ənvər Seyidəliyev sabiq nazirin doğmaca dayısıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...