Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək? Nazir müavinindən cavab (VİDEO)
Şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün tam şəffaf sistem yaradılıb. Buna hüququ çatanlar təkcə notariusa müraciət etməklə yardımı ala biləcək.
Bu barədə ''Xəzər Xəbər''ə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.
Azərbaycan prezidentin fərmanı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim ediləcək. Bu siyahı dəqiqləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdiriləcək.
Adı siyahıda qeyd edilən vətəndaşlar hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, şəhidin ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, vərəsəlik hüququnu təsdiq edən sənəd və ödənişi almaq üçün bank hesabını təqdim etməklə yardımı ala biləcək. Bu sənədləri daha tez təqdim edənlər, daha tez ödəniş ala biləcəklər.
Qeyd edək ki, ilkin hesablamalara görə, bu vəsait 9 minə yaxın şəhidin vərəsəsinə veriləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.
1023 dəfə oxundu