Spiker: “Heydər Əliyev problemləri əvvəlcədən həll edirdi”

Spiker: “Heydər Əliyev problemləri əvvəlcədən həll edirdi”

Milli Məclisin ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş xüsusi iclası işinə başlayıb.
“Ölkə.Az” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, hər tarixi inkişaf dövrü öz şəxsiyyətini yaradır.

“Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəlində dövlətimizin əldə etdiyi bütün uğurların ilhamvericisidir. 1960 və 1990-ci illərdə onun hər iki dəfə hakimiyyətə gəldiyi illər ölkəmizin və xalqımızın ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib. Hər iki halda o, əsl Ümummili lider olduğunu sübut edib. Heydər Əliyevin 1969 və 1980-ci illərdə yüksək idarəçiliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib. Sovet İttifaqının ən geridəqalan ölkələrindən olan Azərbaycan SSRİ-nin süqutundan sonra sürətlə inkişaf etməyə başladı”.

Spiker bildirib ki, Heydər Əliyev Azərbaycan müstəqillik yollarında qarşılaşacağı problemləri əvvəldən görürdü, bu günümüzün üçün vacib olan problemləri əvvəlcədən həll edirdi.

“Partiya lideri olmaqla yanaşı dəfələr SSRİ Ali Sovetinin deputatı olub. Onun təşkilatçılığı Azərbaycan xeyrinə dəfələrlə qərarlar qəbul edilib”.

Spiker onu da vurğulayıb ki, Ulu öndərin Azərbaycan və xalqımız üçün attığı addımlar əvəzedilməzdir, unudulmazdır:
“Ulu öndər Parlamentin müxtəlif iclaslarında iştirak edib. Milli Məclisin Ulu öndərin təşəbbüsü ilə bir çox yeni qanunlar qəbul edib.Ölkədə əsaslı islahatların həyata keçirilməsi məqsədilə Ulu Öndərin imzası ilə parlamentə 1500-ə qədər qanun təqdim edilib və müzakirələrdən sonra qəbul edilib. Böyük siyasi lider Azərbaycanın qanunverici orqanını dünyanın bu sahədəki qurumları səviyyəsində görməyi arzu edirdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...