"Rabitə işi"nə görə həbs edilən və milyonları geri qaytaran Məmmədov ölkədən çıxmaq istəyir

"Rabitə işi"nə görə həbs edilən və milyonları geri qaytaran Məmmədov ölkədən çıxmaq istəyir

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri ilə birlikdə həbs edilən Namazalı Məmmədov 3 aylıq ölkədən çıxmaq istəyir. O, məhkəməyə müraciət edərək ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsini isrəyib.

Gundeminfo.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi"ndə təqsirləndirilərək həbs edilən və daha sonra azadlığa çıxan "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarına əsasən, N.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Namazalı Məmmədov Nərimanov Rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəyib.

Lakin məhkəmə onun ərizəsini təmin etməyib. Həmin qərardan narazı qalan N.Məmmədov isə apellyasiya şikayəti verib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və N.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. N.Məmmədovun barəsində isə şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.

Bildirək ki, Namazalı Məmdov 10 milyondan artıq dövlət əmlakını mənimsəməkdə ittiham edilirdi. Məhkəmə dövründə o, vurduğu ziyanı ödəmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...