“Xaricdə Azərbaycana qarşı çıxan tulalar hər zaman olub” — Əliağa Hüseynovdan ŞOK AÇIQLAMA

“Xaricdə Azərbaycana qarşı çıxan tulalar hər zaman olub” —

“Salyanda prezident İlham Əliyevə qarşı çıxacaq bir nəfər belə təxribatçı görməmişəm. Salyan camaatının hamısı Heydər Əliyevçi və İlham Əliyevçidir, cənab prezidenti dəstəkləyirlər”. Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin 59 saylı Salyan seçki dairəsindən seçilmiş deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.


Deputat deyib ki, Salyan camaatı yalnız prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. “Təmsil olunduğum Salyanda prezident seçkilərinə hazırlıq yüksək səviyyədə davam edir. Rayon camaatının üzündə qəşəng sevinc və xoş əhval-ruhiyyə var. Hamı bir səslə “İlhamla irəli” deyir. Mən də bu rayondanam, həm də cənab prezidentin nümayəndəsi kimi insanlarla görüşürəm. Seçki günü isə mən və ailə üzvlərim cənab İlham Əliyevə səs verəcək. Vaxtilə atasının siyasətini dəstəkləyirdim, indi də öz siyasətini alqışlayıram”.

Ə.Hüseynov xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan şəxslərə də sərt cavab verib:

“Xaricdə Azərbaycana qarşı çıxan tulalar hər zaman olub, bundan sonra da olacaq! Həmin adamlara yardım edənlər də onlar kimi tuladır. Hürüb-hürüb canlarını tapşıracaqlar. Onlara əhəmiyyət vermək lazım deyil. Azərbaycanı istəyənlərə fikir vermək, istəməyənlərə isə yerini və prezident İlham Əliyevin gördüyü işləri göstərmək lazımdır. Həmin adamlara dövlətimizin dünyada qazandığı böyük nüfuzu göstərmək vacibdir. Bunları təbliğ etmək hər birimizin borcudur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...