Türkiyə də rusiyalı diplomatları çıxarır? - Ərdoğandan cavab

Türkiyə də rusiyalı diplomatları çıxarır? -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı addım atmaq niyyətində olmadığını deyib.

Trend-in məlumatına görə, R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin bu addımı atmasında heç bir zərurət yoxdur:

“Bu cür məsələlərdə “biz də belə edək” anlayışını qəbul etmirik”.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ərazisindən çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...