Azərbaycan Universitetində təhsil alan "professor" Türkiyədə HƏBS EDİLDİ

Azərbaycan Universitetində təhsil alan "professor" Türkiyədə

Bursada saxta həkim saxlanılıb. Emre Nuri. K adlı şəxs 8 ildir kəkələmə və nitq qüsurunun müalicəsi ilə məşğul olan klinika açmaqla qalmayıb, o hətta özünə Pensilvaniya Üniversitetinin logolarının olduğu saxta professor sertifakatı da hazırlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs Azərbaycan Universitetinin diplomunu da saxta yolla hazırlayıb. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, onun sadəcə litsey attestatı var.

Həkimin saxtakarlığı ona müraciət edən və şəfa tapa bilməyən xəstələr sayəsində üzə çıxıb. Qəribədir ki, həkim beynəlxalq kanalalra "Professor” kimi qatılıb. Onun rəhbəri olduğu müalicə mərkəzində onlarla belə saxta diplom və sertifikatlar tapılıb.

8 il saxta həkim kimi fəaliyyət göstərən Emre Nuri. K özünə belə bəraət qazandırmağa çalışıb:
"Səhvən professor dedilər mən də davam etdim”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...