“Azərbaycanda elə jurnalistlər var ki ..." - İsa Həbibəyli

“Azərbaycanda elə jurnalistlər var ki ..." -

“Azərbaycanda elə jurnalistlər var ki, adi yazı qaydasını bilmirlər. Bir cümlələrində xeyli səhv tapmaq olur”.
Gununsesi.info məlumatına görə, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.


O, belələri arasında bəzi yazıçıların da olduğunu bildirib: “Alimlər yeni orfoqrafiya qaydaları hazırlayırlar. Amma baxıram, jurnalist adı ilə biri dilçilik sahəsinə aid təklif və iradlarını yazır, amma öz yazdığı bir cümlədə 10-13 səhv buraxır. Heç yaza bilmir. Bax, problem budur”.


İ. Həbibbəyli qeyd edib ki, dünya standartlarına əsasən hər 10 ildən bir orfoqrafiya qaydaları hazırlanmalı, 5 ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir: “On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də layihə haqqında əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti cəmi iki dəfə – 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib”.

MM-in komitə sədrinin sözlərinə görə, bugünədək 214 şəxs bu qaydalara dair öz fikrini bildirib: “Deyilən fikirlər icərisində bizim nəzərdə tutmadığımız məsələlər də var. Amma fikirlərin 70 faizi komissiyanın mövqeyini müdafiə edir”.
İ. Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarının əsas məqsədi alınma sözlərin Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırılmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...