Azərbaycan prezidenti: "İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir"

Azərbaycan prezidenti: "İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir"

"İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir. Düşünürəm ki, bu istiqamətdə yaxış uğurlar əldə etmişik".

APA-nın məlumatına görə, bunun Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

"Neftin qiyməti düşəndə Azərbaycanda elan etdim ki, artıq postneft dövrü başladı, biz neft və qazı unutmalıyıq. Mövcud neft-qaz layihələrini davam etməliyik, lakin əsas gəlir kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq, kənd təsərrüfatına diqqətə yetirməliyik.

Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3 faiz və qeyri-neft sənayesi 4 faizi artdı. İqtisadiyyatımızın diversifkasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...