Otellərdə cütlüklərdən nigah kağızının istənilməsi - Qanuni tələb, yoxsa özbaşınalıq?!

Otellərdə cütlüklərdən nigah kağızının istənilməsi -

Bir neçə gün bundan qabaq Zərdabi küçəsində yerləşən “Oriva” hotelinin 311 nömrəli otağında ərəb turistin ölməsi barədə məlumat vermişdik.

Belə ki, ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.

Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.
İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

Ərəb turistin hoteldə ölməsi bir sıra məsələləri gündəmə gətirib.
Hotelə daxil olan cütlüklərdən nigah kağızı tələb edilə bilərmi?
Belə halın baş verməsi qanunla necə tənzimlənir?


Hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, otelə gedən cütlüklərdən nigah kağızının tələb edilməsi insanların daxili işlərinə qarışmaqdır.


“Bu zaman insanların şəxsitoxunulmazlığı pozulmuş olar”
“Əgər tərəflərin oteldə qalmaq barədə razılığı varsa, digər sənədlərin tələb edilməsi yanlışdır. Çünki oteldə qalmaq üçün şəxsiyyəti tələb edən sənəd istənilir. Xarici vətəndaşlardan xarici pasport, yerli vətəndaşlardan isə şəxsiyyət vəsiqəsinin tələb edilməsi kifayətdir. Əgər otel işçiləri şəxslərdən nigah kağızı istəyirsə, bu zaman insanların şəxsi toxunulmazlığının, konstitusion hüququnun pozulmasıdır. Otelin öz qaydaları var. Məsələn, mən otelə qalmaq üçün gəlirəm. Pasport, ya da şəxsiyyəti təsdiq edən sənədi verirəm, ödənişi vaxtında ödəyirəm. Siqaret çəkib hay-küy salmıramsa, bununla da müştəri olaraq işim bitir. Çünki otel qaydalarına əməl edirəm. Bunlar mənim üçün yetərlidir”.

“Zorakılıq, ya da kənar “müdaxiləbaş verərsə...”

Əlməmməd Nuriyevin sözlərinə görə, hoteldə ölüm faktının baş verməsi zamanı dərhal cinayət məsuliyyəti müəyyən edilə bilməz.

“Əgər oteldə ölüm hadisəsi baş verirsə, bunun səbəbləri araşdırılır. Bir kişinin bir neçə qadınla otelə gəlməsi zamanı tərəflərdən birinin ölməsinə görə kimsə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Çünki ölən şəxsin üzərində hər hansı zorakılıq faktları aşkarlanmayıbsa, niyə cinayət məsuliyyətinə cəlb edilsin?! Bütün hallarda ölümün səbəbi ilə bağlı həkim arayışı olmalıdır. Əgər ölüm faktı səbəb kimi zorakılıq, yaxud da kənar müdaxilə nəticəsində baş veribsə, bu zaman cinayət məsuliyyətindən danışmaq olar. Otelində ərəb kişinin ölümünə səbəb ürək çatışmazlığı olub. Ona görə də ölüm hadisəsi zamanı qadınların cinayət məsuliyyətinə cəlb edilməsi doğru deyil. Təbii ki, qadınların ifadəsinin alınması normal haldır. Bu, həm ölüm faktının araşdırılmasına, həm də bütövlükdə işin tam olaraq aydınlaşmasına kömək etmiş olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...