“Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi ölüb - Rusiya MN

“Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi ölüb -

Suriyada “Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“2017-ci ilin dekabrın 31-də axşam saatlarında “Hmeymim” aviabazasına silahlılardan ibarət mobil təxribat qrupunun hücumuna məruz qalıb. Nəticədə iki hərbçi ölüb”, - deyə nazirliyin məlumatında deyilir.

Bildirilir ki, hazırda Suriyanın təhlükəsizlik orqanları tərəfindən hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi, habelə aviabaza ətrafındakı ərazinin qorunması rejiminin gücləndirilməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda qeyd olunur ki, hücum nəticəsində 7 hərbi təyyarənin məhv edilməsi haqqında xəbər yalandır.

***

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

APA-nın xəbərinə görə, “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...