Böyük terrorun qarşısı alındı - PKK NATO silahlarını necə ələ keçirib?
BakuPost.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.
Məlum olub ki, PKK terrorçuları bombanı E-5 avtomobil yolunda, polislərin olduğu avtobusun yanında partlatmağı planlaşdırıblar. Terrorçu avtobusu Bahçelievlərdəki küçədə əməliyyatdan 30 saat əvvəl saxlayıb.
Avtobusun uzaqdan verilən komando ilə patladılma ehtimalı nəzərə alınaraq siqnal kəsən qurğulardan istifadə olunub. MİT və polis əməkdaşları avtobusun yanına gələn terrorçunu tuta biliblər.
Daha sonra ərazini mühasirəyə alan qruplar terrorçu ilə birgə hərəkət edən müşahidəçini E-5 avtomobil yolunda yaxalayıblar. Təhlükəsizlik gücləri eyni zamanda Bağçılar və Esenyurt daxil olmaqla, 4 ərazinin 5 nöqtəsində əməliyyat keçiriblər. Nəticədə, 3 qadın olmaqla, 8 terrorçu həbs olunub.
İlk araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli olduğu müəyyən edilib. NATO arsenalında olan bombaların PKK tərəfindən asanlıqla əldə edilməsi isə diqqət çəkir.
870 dəfə oxundu