Sekuta amerikalı həmsədr Şoferlə Qarabağ münaqişəsini müzakirə edib

Sekuta amerikalı həmsədr Şoferlə Qarabağ münaqişəsini müzakirə edib

"Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ölkə liderlərinə öz köməyimizi göstərməkdə davam edirik".

APA-nın şimal bürosunun məlumatına görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qırmızı qəsəbədə yerləşən sinaqoqda yerli icma nümayəndələri ilə görüşdə deyib.

Səfir bir müddət əvvəl Vaşinqtonda olduğunu və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferlə görüşdüyünü bildirib: “Biz onunla prosesi irəli aparmaq üçün hansı işlərin görülməli olduğu barədə müzakirələr apardıq. Birləşmiş Ştatlarda yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələnin hansı şəkildə davam etdirilməsi barədə qərarlar verildi və qərara alındı ki, Minsk qrupuna yeni həmsədr təyin olunsun. Biz bu istiqamətdə işlərimizi davam etdiririk”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...