General MTN-nin şərlədiyi vətəndaşın bəraət almasından danışdı
Mətləb Mustafayevin bəraət almasından xəbərim var. Amma onu deyə bilərəm ki, onun həbsinə və istintaqına görə mən məsuliyyət daşımıram. Qanunverciliyə diqqət etsəniz görərsiniz ki, istintaqa nəzarət edən orqan var”. Bu sözləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev Gununsesi.info-nun bununla bağlı sualını cavablandırarkən söyləyib.
Qeyd edək ki, MTN-nin saxta ittihamları ilə həbs edilən Mətləb Mustafayev iki gün əvvəl Bakı Apellyasiya Məhkəməsində bəraət alıb. Bununla da bir daha Eldar Mahmudovun və dəstə üzvlərinin ölkənin Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirməsi təsdiqini tapmış oldu.
Ancaq saytımıza açıqlamasında Mövlam Şıxəliyev özünün məsuliyyətini qəbul etmədiyini deyib. “Mənim işim adam tutmaq olmayıb. Heç kimin də istintaqını aparmamışam. İşim məktublara imza atmaq olub” deyən sabiq baş idarə rəisi əlavə şərh verməkdən imtina edib.
Ancaq onun “istintaqa nəzarət edən orqan var” ifadəsini işlətməsi prokuorluğa atılan daş kimi qiymətləndirilməlidir.
899 dəfə oxundu