Köçkünlər üçün kommunal ödənişlərə 50,5 milyon manat sərf olunacaq

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq

Gələn il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasiəsilə qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı 850-dən artıq tikilinin cari təmirinin, istifadə etdikləri elektrik enerjisi, su və kanalizasiya haqqı xidmətlərinin, mövsümdən asılı olaraq təbii qazın və istilik enerjisinin dəyərinin ödənilməsi və onlara verilən müavinətlərin maliyyələşdirilməsinə, sosial təminat sahəsində layihələrin həyata keçirilməsinə 4,9 milyon manat yönəldiləcək.

Modern.az-ın məlumatına görə, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qaçqın və məcburi köçkünlər üçün kommunal ödənişlərə görə vahid müavinətlərin müəyyən edilməsi ilə bağlı fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər üçün müəyyən edilən istehlak normalarının və limitlərin tətbiqinə növbəti ilin dövlət büdcəsində 50,5 milyon manat vəsait proqnozlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...