Azərbaycan dərsliklərində səhvən “Böyük Ermənistan”ın xəritəsi dərc edilib - Təhsil Nazirliyi etiraf etdi:

Azərbaycan dərsliklərində səhvən “Böyük Ermənistan”ın xəritəsi dərc edilib -

Təhsil Nazirliyi etiraf etdi: Azərbaycan dərsliklərində səhvən “Böyük Ermənistan”ın xəritəsi dərc edilib

Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. Təhsil Nazirliyindən verilən məlumata görə, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb. X sinif “Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib. Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib. Məsələ ilə bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1097 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...