“Tbilisidən Qarabağa müntəzəm uçuşlar var” -

“Tbilisidən Qarabağa müntəzəm uçuşlar var” -


Qarabağa qanunsuz səfər etdikləri üçün rəsmi Bakının axtarışa verdiyi Türkiyə vətəndaşları İstanbulda fəaliyyət göstərən “Aqos” qəzetinə açıqlamalar veriblər.

Siyasətçi, keçmiş deputat Ufuk Uras axtarışa verildikləri üçün Türkiyəni tərk etməyə qorxduqlarını bildirib.

“Bakıdan zəng elədilər və icazə alıb-almadığımızı soruşdular. Dəmir məftilləri aşaraq ora getmədiyimizi və yolda heç kəsin bizə heç nə demədiyini dedim. Məsələnin bu qədər böyüdüləcəyini düşünmürdük. Türkiyəni tərk etməkdən çəkinirik” –deyə o, danışıb.

Axtarışda olan digər şəxs – Ali Bayramoğlu isə Tbilisidən Qarabağa birbaşa təyyarə uçuşlarının olduğunu deyib.

“Gürcüstanın paytaxtı Tbilisidən Qarabağa müntəzəm uçuşlar olur. İnsanlar ora gedib-gəlirlər”.

Bayramoğlu bundan sonra Qarabağa getmək fikrinə düşən Türkiyə vətəndaşlarının 10 dəfə düşünüb-daşınacaqlarını da əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...