“Prezident bunu qeyri-normal hesab edir” - Səfa Mirzəyev

“Prezident bunu qeyri-normal hesab edir” -

“Hər bir qanunvericiliyin təkmilləşdiriməsi lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb. Eyni zamanda, prezident dəfələrlə əfv sərəncamları verib, Milli Məclis Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Biz çalışmışıq ki, qanunlarımız bir tərəfdən sərt, icra olunan olsun, o biri tərəfdən isə insanlara qarşı yönəlməsin, insanlara ədalətli tətbiq edilsin”.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası ilə birgə təşkilatçılığı ilə keçirilən, Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

Aparat rəhbəri bildirib ki, keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin.

“Narahatlıq da odur ki, həbs qətiimkan, azadlıqdan məhrumetmə tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal hesab edir. Biz də hüquq ictimaiyyəti olaraq, bununla şərikik”.


S.Mirzəyev qeyd edib ki, peşəkar cinayətkarlığa qarşı mübarizə aparılmalıdır. Ancaq yolunu azmış, müəyyən hallarda qanunu pozmuş şəxslərə qarşı humanist münasibət göstərmək lazımdır.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi prezident tərəfindən MM-ə daxil olub. Layihə əsasən 4 istiqamətdən ibarətdir. Bu istiqamətlər əsasən cinayətin dekriminallaşması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqidir. Layihədə mövcud alternativ cəza növlərinin daha geniş tətbiqi, yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur.

Layihədə eyni zamanda qeyd edilir ki, cinayət iqtisadi, maliyyə, təsərrüfat fəaliyyəti ilə bağlıdırsa, cinayətin ictimai təhlükəsi onun vurulmuş ziyanı ilə müəyyən edilərsə, həmin hallarda vurulmuş ziyan tam ödənilirsə, onda ya tamamilə cinayət məsuliyyətindən azad olunma, yaxud da yüngül cəza növləri tətbiq olunsun:

“Cəza tətbiq olunarkən cəzadan vaxtından əvvəl şərti azad olunmanın genişləndirilməsi, azadlıqdan məhrum etmə cəzasının alternativ cəzalarla əvəz edilməsi vacib məqamlardandır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insana, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...